Xəbərlər
7 oktyabr -Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.

7 oktyabr -Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə 7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü münasibətilə, Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat məktəbində işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.
Dəyirmi masanın keçirilməsində məqsəd layiqli əməyin əsas prinsipləri,əməyin mühafizəsi və təhlükəsizliyi, əmək normalarına əməl edilməsi,sanitar-gigiyena qaydalarının normada olması, işçilərin sosial təminatı məsələləri, həmçinin işçilərin öz üzərinə düşən işlərin yerinə yetirilməsi,hər bir işçinin təhlükəsiz şəraitdə çalışması barədə məlumat verilmişdir.
Tədbirin sonunda işəgötürənlərin sualları cavablandırılmış,layiqli əmək prinsiplərinin qorunmasının vacibliyi bir daha vurğulanmışdır.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin və Hakimiyyətinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və rayon İcra Hakimiyyətinin kollektivi,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsin sədri Tahir Həsənov, məktəb və bağça direktorları, qabaqcıl müəllimlər, təhsil işçisi olan şəhid ailələri iştirak edib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşının iştirakı və Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq!
27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
25.09.2026-cı il Beyləqan Peşə Məktəbində Anım Günü ilə əlaqədar, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin direktoru, müəllimlər və digər qonaqlar çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətən sevgisindən və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən söz açıblar.
Tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub və şəhidlərimizin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
15 Sentyabr "Bilik Günü" münasibətilə Beyləqan Peşə Məktəbində tədbir keçirildi.

15 Sentyabr "Bilik Günü" münasibətilə Beyləqan Peşə Məktəbində tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı , Gənclər və İdman Komitəsinin sədri cənab Şahin İsmayılov ,Yap Beyləqan təşkilatının sədri Müşviq səfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri Tahir Həsənov, məktəb rəhbərliyi, şəhid ailələrinin üzvləri, valideynlər və məktəb kollektivi iştirak etmişdir.
Tədbirdə çıxış edənlər, dərs ilinin başlanması münasibətilə müəllim və tələbə kollektivini təbrik edərək, onlara tədris fəaliyyətində uğurlar arzuladılar.
Beyləqanda ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilib

Beyləqanda ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilib
2026/2027-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 550-dən yüksək bal toplayıb yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş Beyləqan rayon məktəblərinin məzunları, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şəhid və qazi övladları ilə görüş keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, məzunlar, onların valideynləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məzunları ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı və onların layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan icra başçısı bildirib ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri olan təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
RİH başçısı Əziz Əzizov xüsusilə vurğulayıb ki, cari ildə Beyləqan rayonunda bir sıra təhsil müəssisələrində əsaslı təmir və tikinti işlərinin aparılması da dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O qeyd edib ki, yaradılan müasir təhsil mühiti gənclərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarını daha da inkişaf etdirməsinə geniş imkanlar yaradır.
Sonda gənclərin əldə etdiyi hər bir uğurun rayonumuz üçün əhəmiyyətli olduğunu qeyd edən Əziz Əzizov onlara ali təhsil həyatında uğurlar arzulayıb, seçdikləri ixtisaslar üzrə yüksək nəticələr əldə etmələrinin vacibliyini vurğulayıb.
Əziz Əzizov çıxışından sonra ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlara, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şəhid və qazi övladlarına Fəxri Fərman və hədiyyə olaraq zəruri kompüter avadanlıqları təqdim edib, eləcə də təltif olunan hər bir məzun üçün 200 manat məbləğində pul mükafatı ayrılıb.
Yeni 2026-2027-ci tədris ilinin başlanması ərəfəsində Beyləqan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransları keçirilib.

Yeni 2026-2027-ci tədris ilinin başlanması ərəfəsində Beyləqan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransları keçirilib.
Beyləqanda keçirilən konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Konfranslar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfrans çərçivəsində təqdim olunan hesabatlarda ümumi təhsil müəssisələrinin fəaliyyət göstəriciləri geniş təhlil olunub. Məktəblərin özünüqiymətləndirmə prosesləri, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikası, SWOT təhlillərinin nəticələri, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, həmçinin təlim nəticələri zəif olan şagirdlərlə aparılan məqsədyönlü işlərin səmərəliliyi diqqət mərkəzində saxlanılıb.
Müzakirələr zamanı müəllimlər arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və peşəkar inkişaf mühitinin gücləndirilməsinin təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyi qeyd olunub.
Tədbirdə IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələri, eləcə də IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri ötən tədris ilinin nəticələri ilə müqayisəli formada təqdim edilib. Təhlillər əsasında mövcud vəziyyət qiymətləndirilib, inkişaf potensialı olan istiqamətlər müəyyənləşdirilib və qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə olunub.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə ekskursiya təşkil edilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə ekskursiya təşkil edilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə 08 avqust 2026 cı il tarixdə Beyləqan rayon Yeni Mil,Birinci Şahsevən kənd 1 nömrəli və İkinci Şahsevən kənd uşaq bağçalarının ittifaq üzvləri üçün Lerik rayonuna ekskursiya təşkil edilmişdir.
İttifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması məqsədilə təşkil edilən səfərlər çərçivəsində iştirakçılar bölgələrimizin görməli yerlərini ziyarət edib, zəngin təbiət və turizm məkanları ilə yaxından tanış olublar. İttifaq üzvləri ETİHİ Beyləqan Rayon Komitəsinə onların sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Qəbələ-ismayıllı şəhərlərinə ekskursiya təşkil edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Qəbələ-ismayıllı şəhərlərinə ekskursiya təşkil edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Qəbələ-ismayıllı şəhərlərinə ekskursiya təşkil edilib.
İttifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması məqsədilə təşkil edilən səfərlər çərçivəsində iştirakçılar bölgələrimizin görməli yerlərini ziyarət edib, zəngin təbiət və turizm məkanları ilə yaxından tanış olublar. İttifaq üzvləri ETİHİ Beyləqan Rayon Komitəsinə onların sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər.


