“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsi yerli təşkilatı olaraq, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarını, əmək münasibətlərinin tənzimlənməsi və peşə maraqlarını qorumağı əsas məqsəd kimi qarşısına qoyur.İttifaq üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, hüquq və maraqlarını müdafiə edən təşəbbüslərlə çıxış edir, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, həmçinin mədəni-kütləvi və maarifləndirici tədbirlərin təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirir və təhsil müəssisələrindəki ilk təşkilatlarla qarşılıqlı əməkdaşlıq əsasında işləyir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsi üzvləri ilə daim təmasda olaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 88 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 2650 ittifaq üzvünü özündə birləşdirir.

Beyləqan Rayon Komitəsinin fəaliyyət istiqamətləri: